Türkiyənin baş naziri Rəcəb Tayib Ərdoğan ölkəsinin bayrağına olan hörmətini bir daha nümayiş etdirib. Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, Ərdoğan Sankt Peterburqda keçirilən “G20” toplantısında iştirak edən dövlət və hökumət başçıları ilə şəkil çəkdirib. Bu zaman baş nazir yerə atılmış türk bayrağını görüb və dərhal da onu qaldıraraq cibinə qoyub.
Qeyd edək ki, bayrağın niyə yerdə olması, kim tərəfindən ora atılması barədə məlumat yoxdur.