Ərdoğan üzrdən sonra danışdı
23 mart 2013 16:04 (UTC +04:00)

Ərdoğan üzrdən sonra danışdı

Türkiyənin baş naziri Qəzzaya gedəcəyi tarixi açıqladı

 

İsrailin “Mavi Mərmərə” olayı ilə bağlı Türkiyədən üzr istəməsindən sonra Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan bu gün bununla bağlı ilk açıqlama verib.

Lent.az-ın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğan aprel ayında Qəzzaya, may ayında ABŞ-a gedəcəyini söyləyib.

Türkiyə və İsrail arasında münasibətlərin normallaşması prosesində rasional düşüncənin hakim olmasını zəruri sayan Rəcəb Tayyib Ərdoğan deyib ki, İsrailin Türkiyədən üzr istəməsi Ankaranın istədiyi şəklidə gerçəkləşib. Telefonda danışdıqları zaman ABŞ prezidenti Barak Obamanın İsrail baş naziri Binyamin Netenyahunun yanında olduğunu təsdiqləyən Türkiyənin baş naziri İsrailin ödəyəcəyi təzminatın miqdarının da yetkili şəxslər tərəfindən müəyyənləşdiriləcəyini qeyd edib: “İsrailin mətnində “üzüntü” deyil, “üzr” ifadəsinin yer alması çox önəmlidir. Qarşıdurmaya getmədən bu prosesi başa çatdırdıq. Razılaşmanın tətbiqi ləngimədən həyata keçirilərsə, sürətlə münasibətlər qaydaya düşər. Ancaq Türkiyənin İsrailə yeni səfir təyin etməsi dərhal olmaya da bilər. Niyyət xeyirli olan zaman nəticə də xeyirli olur”.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1128
avatar

Oxşar yazılar