Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Diyarbəkirdə törədilən terror aktını kəskin pisləyib və terror təhlükəsinin gündəmdən götürüləcəyini vəd edib. APA-nın məlumatına görə, bu barədə Ərdoğan Vaşinqtona səfəri çərçivəsində Brukinq Universitetində çıxışı zamanı bildirib.
“Bu mənfur terror əməlini qətiyyətlə pisləyirəm, ölənlərin yaxınlarına başsağlığı verirəm və yaralılara tezliklə şəfa tapmasını diləyirəm. Ümid edirəm ki, biz ölkəmizdə terror kabusunu gündəmdən götürəcəyik”, - deyə Ərdoğan bildirib.
Qeyd edək ki, Türkiyənin Diyarbəkir şəhərində törədilən partlayış nəticəsində, son məlumata görə, 7 polis həlak olub, 9-u mülkü şəxs olmaqla, 29 nəfər yaralanıb.