Bakıda daha üç yol sahəsində təmir işlərinə başlanılır.
Lent.az xəbər verir ki, aparılacaq təmir işləri ilə əlaqədar aşağıdakı küçələrdə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq:
- Suraxanı rayonu, 14 İyul küçəsi;
- Yasamal rayonu, Şıxəli Qurbanov küçəsinin Füzuli küçəsindən Salatın Əsgərova küçəsinədək olan hissəsi;
- Səbail rayonu, Həsən Abdullayev küçəsinin Rostropoviç küçəsindən Yusif bəy İbrahimli küçəsinədək olan hissəsi.
Qeyd olunub ki, həmin küçələrdə hərəkət avqustun 6-sı saat 08:00-dan avqustun 7-si saat 22:00-dək qismən, avqustun 7-si saat 23:00-dan avqustun 10-u saat 07:00-dək isə tam məhdudlaşdırılacaq.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan müddətdə alternativ yollardan istifadə etmələri və müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunub.