Ekvadorda sosializm qurmaq istəyən prezident qalib gəldi
02 mart 2013 11:20 (UTC +04:00)

Ekvadorda sosializm qurmaq istəyən prezident qalib gəldi

 

Ekvadorda keçirilən prezident seçkilərinin rəsmi nəticələri açıqlanıb.

Lent.az-ın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, Rafael Korrea 57,79 faiz səslə yenidən Ekvadorun prezidenti seçilib.

Rafael Korrea ilk dəfə 2006-cı ildə bu posta seçilib. O, 2006-cı ildə Ölkə Alyansı Hərəkatını yaradıb, sol qüvvələrlə, o cümlədən kommunistlərlə bir sıra sazişlər imzalayıb. Hakimiyyətə gələndən sonra isə “vətəndaş inqilabı” kursunun həyata keçirilməsinə başlayıb. Rafael Korrea neoliberal iqtisadi doktrinanın qəti əleyhdarıdır və xüsusi inkişaf modelinin -  XXI əsrin sosializminin yaradılması tərəfdarı kimi çıxış edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 752
avatar

Oxşar yazılar