Əhmədinejad Ruhanini ədalətsizlikdə ittiham edib
04 dekabr 2013 05:52 (UTC +04:00)

Əhmədinejad Ruhanini ədalətsizlikdə ittiham edib

İranın keçmiş prezidenti Mahmud Əhmədinejad indiki hökumət başçısına müraciət edərək, onun ünvanına söylədikləri «əsassız və ədalətsiz» ittihamları müzakirə etməyə hazır olduğunu bildirib.

 

Lent.az-ın «Röyter»ə istinadən məlumatına görə, Əhmədinejad bildirib ki, Ruhaninin ölkənin iqtisadi durumu ilə bağlı hesabatında səsləndirdiyi rəqəmlər «düzgün deyil, hesabat insaf və ədalətdən kənar, qərəzli hazırlanıb».

Keçmiş hökumət başçısı prezident Ruhaniyə məktubunda keçmiş nazirlər kabineti və və özünə qarşı irəli sürülən bütün ittihamlara cavab verməyə hazır olduğunu, «bunun üçün də ölkə prezidentini debata çağırdığını bəyan edib».

 

Xatırladaq ki, prezidentliyinin yüz günlüyü ilə bağlı hesabatında Həsən Ruhani də Əhmədinejad hökumətini tənqid edib: «Təəssüflər olsun ki, Əhmədinejad hökumətinin səriştəsizliyi ölkə iqtisadiyyatına sanksiyalardan daha mənfi təsir göstərib. Həmin səriştəsizlik ucbatından Əhmədinejad hökuməti iranlılar üçün deyil, daha çox çinlilərlə koreyalılar üçün iş yerləri açıb. Keçmiş hökumətin səriştəsizliklərindən biri də, budur –o, bir tərəfdən BMT qətnamələrini kağız parçası adlandırdı, o biri yandan isə idxalı gücləndirərək ölkənin xaricilərdən asılılığını daha da şiddətləndirdi».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 764
avatar

Oxşar yazılar