İran prezidenti Mahmud Əhmədinejad həbs olunub.
Lent.az-ın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, İran İslam İnqilabını Mühafizə Korpusunun kəşfiyyat rəhbəri Hüseyn Tayib tərəfindən 7 saat həbsdə saxlanılıb.
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı və Pentaqonun məsləhətçisi Rza Halili deyib ki, Mahmud Əhmədinejad qarşıdakı seçkilərdə prezident kürsüsünə sağ qolu saydığı İsfəndiyar Rəhim Meşaiyinin yiyələnməsini istəyir və buna nail olmaq üçün ali dini lider Əli Xamneyini şantaj edib. Mahmud Əhmədinejad Əli Xamneyiyə 2009-cu ildə keçirilən prezident seçkilərində saxtakarlığa yol verildiyini təsdiqləyən sənədləri ictimaiyyətə açıqlayacağını söyləyib. Bu sənədlərdə həmin dövrdə Əli Xamneyi tərəfindən dəstəklənmiş Mahmud Əhmədinejadın 6 milyon səs aldığı, ancaq bunun 245 milyon səs kimi rəsmiləşdirildiyini əks etdirir.
İran İslam İnqilabını Mühafizə Korpusunun kəşfiyyat rəhbəri Hüseyn Tayib isə 7 saat həbsdə saxladığı Mahmud Əhmədinejada təhdid edərək bu sənədləri açıqlamamasını tələb edib. İran prezidenti ilə sorğuda Əli Xamneyinin kəşfiyyat xidmətinin rəhbəri Şefi Aşgar Hicazi və dini liderin oğlu Mojtaba Hamaney, o cümlədən baş prokuror Qulam Hüseyn Muhsini də iştirak edib. Mahmud Əhmədinejad 7 saatdan sonra azadlığa buraxılıb.