Əhməd Davudoğlu Gürcüstan parlamentinin sədri ilə görüşüb
27 mart 2013 23:12 (UTC +04:00)

Əhməd Davudoğlu Gürcüstan parlamentinin sədri ilə görüşüb

 

“Mənə çox xoşdur ki, bu gün mən parlamentin sədri David Usupaşvili və bir neçə deputatla görüşdüm”. APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Türkiyə xarici işlər naziri Əhməd Davudoğlu Gürcüstan parlamentinin sədri David Usupaşvili ilə görüşündən sonra keçirdiyi mətbuat konfransında bildirib.

 

Türkiyənin xarici işlər naziri ilə mətbuat konfransını açan Gürcüstan parlamentinin sədri David Usupaşvili Türkiyənin xarici işlər naziri ilə ilk dəfə görüşdüyünü bildirib: “Bizim ölkələrin siyasi situasiyası və baxışları eynidir. Gürcüstanda hakimiyyətin dəyişdirilməsinə baxmayaraq, Gürcüstanın Türkiyə ilə münasibətləri heç vaxt dəyişməyəcək. Çünki Türkiyə bizim strateji tərəfdaşımızdır”.

 

Mətbuat konfransında çıxış edən Əhməd Davudoğlu Gürcüstanın indiki hakimiyyəti ilə Türkiyə hökumətinin münasibətlərinin yaxşı olduğunu vurğulayıb: “Görüşdə mənə çox xoş oldu ki, yeni hakimiyyətin nümayəndələri qeyd etdilər ki, Türkiyə ilə Gürcüstan strateji tərəfdaşdır. Türkiyə Böyük Millət Məclisində də Gürcüstanın bizim strateji tərəfdaş olmağı ilə hamı razıdır. Hökumətlərimizin yaxşı münasibətləri var. Mən bu gün baş nazir Bidzina İvanişvili ilə səmərəli görüş keçirdim. Mənim həmkarım Maya Pancikidze ilə, eyni zamanda reinteqrasiya məsələləri üzrə dövlət naziri Paata Zakareişvili ilə də görüşümüz oldu. Ölkələrimizin ən başlıca münasibətləri parlamentlər arası münasibətlərin daha da inkişafıdır. Çünki parlamentlər ictimaiyyəti təmsil edir. Mən bu gün çox şadam ki, Gürcüstana öz baxışlarımı müəyyənləşdirdim,” deyə Əhməd Davudoğlu bildirib.

 

Nazir regional məsələlərə gəlincə, sabah Batumidə Türkiyə, Azərbaycan və Gürcüstanın üçtərəfli görüşünün keçiriləcəyini deyib: “Türkiyə, Azərbaycan və Gürcüstan arasında həyata keçirdiyimiz çoxlu beynəlxalq layihələr var. “Bakı-Tiflis-Ərzurum”, “Bakı-Tiflis-Ceyhan”,“Bakı-Tiflis-Qars” bu layihələrdəndir. Bütün bu böyük layihələrə görə, Gürcüstan əsas strateji sahə sayılır. Bu layihələrin hamısı vacibdir. İndi mən parlamenti gözləyirəm. Mən çox sevinirəm ki, Gürcüstan parlamenti iki hakimiyyətin strateji qərarı ilə razılaşıb”.

 

Mədəni irslərə gəlincə, Ə. Davudoğlu həm Türkiyədəki, həm də Gürcüstanda olan mədəni irs nümunələrini ümumu irs adlandırıb. Biz çox şadıq ki, Batumidə məscid tikintisinə aid yeni layihə həyata keçiriləcək. Biz də Türkiyə tərəfi olaraq Gürcü xalqının mədəni irsinə aid tarixi abidələri bərpa edəcəyik. Bu, bir-birimizə olan hörmətdir, bir-birimizi mədəni surətdə başa düşməkdir. Bu gün mən Gürcüstan patriarxı, katolikos II İlya ilə görüşə gedəcəyəm. Biz birlikdə dini məsələləri müzakirə edəcəyik. Mənim üçün bu böyük şərəfdir. Bizim görüşlərimizdə müzakirə edəcəyimiz məsələlər ümumilikdə götürsək, siyasi, iqtisadi və mədəni məsələlərdir”.

 

Qeyd edək ki, sabah Batumidəki Redisson mehmanxanasında Türkiyə, Azərbaycan və Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşü keçiriləcək. Növbəti üçtərəfli görüşün isə 2013-cü ilin ikinci yarısında Azərbaycanda keçirilməyi nəzərdə tutulub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 471
avatar

Oxşar yazılar