Əfqanıstanın Loqar əyalətində əfqanı təhlükəsizlik qüvvələri ilə beynəlxalq koalisiyanın bir keçirdiyi əməliyyat nəticəsində 30-a yaxın insan, o cümlədən 7 dinc sakin həlak olub.
Lent.az-ın «RİA Novsoti»-yə istinadən məlumatına görə, əyalət şurasının başçısı Abdulla Vəli deyib ki, bir neçə gün öncə taliblər bu qəzadan Əfqanıstan ordusunun üç hərbçisini oğurlayıb: «Onların azad edilməsi üçün yerli təhlükəsizlik qüvvələri ilə xarici hərbçilər birgə əməliyyat keçirib».
Qəzanın icra başçısı Baraki-Barak Məhəmmədrəhim isə bildirib ki, əməliyyat nəticəsində 24 qiyamçı öldürülüb,40 –a yaxını isə həbs olunub.