Dünyanın ən hündür oteli açıldı
28 fevral 2013 10:30 (UTC +04:00)

Dünyanın ən hündür oteli açıldı

Birləşmiş Ərəb Əmirliklərdə dünyanın ən hündür oteli açılıb.

 

Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, Dubayda açılan “JW Marriott Marquis” otelinin hündürlüyü 355 metrdir.

 

İki qüllədən ibarət otelin arxitekturası xurma ağacını xatırladır. Ərəblər bu otelin tək Yaxın Şərqdə yox, bütün dünyada ən komfortlu və dəbdəbəli otel sayırlar. 1600 nömrəsi olan “JW Marriott Marquis” oteli işgüzar adamlar üçün nəzərdə tutulub. Oteldəki 14 restoranda isə 3 min nəfər eyni vaxtda səhər və şam yeməyi yeyə bilər. “JW Marriott Marquis” otelində çalışmaq üçün dünyanın 67 ölkəsindən işçi götürülüb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1352
avatar

Oxşar yazılar