DMT: «Dünya okeanında suyun səviyyəsi qalxıb»
14 noyabr 2013 05:51 (UTC +04:00)

DMT: «Dünya okeanında suyun səviyyəsi qalxıb»

Dünya Meteorologiya Təşkilatı (DMT) 2013-cü ilin martında dünya okeanında suyun səviyyəsinin müşahidələr tarixində ən yüksək həddə olduğuna dair hesabat dərc edib.

 

Lent.az-ın «interfaks»-a istinadən məlumatına görə, qurumun başçısı Mişel Jarro bildirib : «Ayrı- ayrı tropik siklonlar iqlim dəyişməsinin nəticəsi olmasa da, dünya okeanında suyun səviyyəsinin qalxması sahilyanı rayonların əhalisinə əlavə təhlükə yaradır. Bunun ən bariz örnəyi Filippində baş verən faciədir».

 

DMT-nin məlumatına əsasən, hazırda dünya okeanında suyun səviyyəsi 20-ci yüz ilin orta göstəricisindən 3,2 millimetr artıqdır.

 

Qurumun hesabatında o da vurğulanıb ki, 1850-ci ildən bəri 2013-cü ilin ilk 9 ayında havalar ən isti keçib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 801
avatar

Oxşar yazılar