ABŞ-ın müdafiə naziri Çak Heygel ehtimal edir ki, ölkəsi Suriyaya qarşı hərbi əməliyyatlardan imtina etməməlidir.
Lent.az-ın «nysuru»-ya istinadən məlumatına görə, məsələyə gerçək hərbi müdaxilə qorxusu münaqişənin diplomatik yolla həlli mümkünlüyünü artırar.
Pentaqonun başçısı bunu Konqresin beynəlxalq komitəsində çıxışı zamanı bildirib.
Heygelin qənaətincə, Dəməşqdəki rejimə qarşı təzyiqləri gücləndirmək üçün Konqres hərbi əməliyyatları qanuniləşdirməlidir.