Dinc əfqanların qatilinə ömürlük iş kəsilib
24 avqust 2013 01:43 (UTC +04:00)

Dinc əfqanların qatilinə ömürlük iş kəsilib

Əfqanıstanın Qəndəhar əyalətində 16 dinc sakini qətlə yetirmiş ABŞ ordusunun çavuşu Robert Beyls barəsində məhkəmə hökm çıxarıb. Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, ona ömürlük iş kəsilib.

 

Xatırladaq ki, Robert Beyls məhkəmədə baş vermiş olaya görə üzrə istəyib.

 

O, baş verən hadisəni «qorxaqlıq» adlandırıb.

 

Hərbi tribunal iclasında vaxtından qabaq azad edilməsi ehtimalına belə münasibət bildirib : «Kənd qadınlarına və uşaqlara atəş açarkən mən qorxu ilə yanaşı boş cəsarət də hiss etdim».

 

39 yaşlı çavuş edam hökmündən qurtulmaq üçün günahının boynuna alıb.

 

Onun vəkillər bildirib ki, çavuş posttravmatik sindromdan əziyyət çəkir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 435
avatar

Oxşar yazılar