DİN: Faciəyə səbəb iki zəvvar axınının toqquşması olub
25 sentyabr 2015 02:33 (UTC +04:00)

DİN: Faciəyə səbəb iki zəvvar axınının toqquşması olub

Yeddi yüzdən çox zəvvarın ölümünə səbəb olmuş izdiham iki zəvvar axınının toqquşması səbəbindən baş verib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Məkkədə keçirilmiş xüsusi mətbuat konfransında Səudiyyə Ərəbistanın DİN-in rəsmi nümayəndəsi Mənsur ət-Turki  bildirib.   

 

“İlkin məlumata görə, faciəyə səbəb yol kəsişməsində 204-cü və 223-cü küçələr ilə hərəkət edən  iki zəvvar axınının toqquşması olub”, deyə Mənsur ət-Turki  bildirib.

 

Səudiyyə Ərəbistanın DİN-in rəsmi nümayəndəsinin sözlərinə görə, həmçinin isti hava şəraiti də  qurbanların sayının artmasına  səbəb olub.    

 

 

Səudiyyə Ərəbistanın səhiyyə naziri Halid Faləhin sözlərinə görə, faciəyə səbəb zəvvarların əvvəldən təşkilatçılar tərəfindən müəyyən edilmiş hərəkət cədvəlini pozması olub.   

 

Səudiyyə Ərəbistanın vəliəhd şahzadəsi Məhəmməd ibn Nayəf əl Saud izdihamın yaranması səbəblərinin araşdırılması üçün xüsusi komissiyanın yaradılmasına dair göstəriş verib.

 

Qeyd edək ki, izdiham nəticəsində 717 zəvvar ölüb, 900-dək insan xəsarət alıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 330
avatar

Oxşar yazılar