Dərbənddəki “Narınqala” muzeyindən müdhiş oğurluq olub. Şəhər sakini, jurnalist Telman Hacıəliyevin Lent.az-a verdiyi məlumata görə, soyğunçular muzeyə pəncərəni sındıraraq daxil olublar. Onlar muzeydə qorunan qədim xəncərləri, tüfəngləri, bıçaq və tarixi sənədləri oğurlayıblar.
Hazırda cinayətlərin tutulması istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Qeyd edək ki, hadisə baş verən gün muzeyin siqnalizasiyası söndürülübmüş.