Gürcüstanın Mühafizəkarlar Partiyasından olan deputat Bidzina Qucabidze deputatlara iclaslara milli geyimdə gəlmək üçün rəsmi icazənin verilməsini tələb edib.
ANS PRESS-in gürcü mətbuatına istinadən verdiyi məlumata görə, parlamentin prosedur məsələləri üzrə komitəsi artıq bu təklifin müzakirəyə çıxarılacağını bildirib.
Bundan sonra deputatlar parlamentin iclaslarına Qafqaz xalqlarının milli geyimi olab çoxada gələ biləcəklər. Deputat B.Qucabidze və onun partiyadaşları bir neçə dəfə parlamentə milli geyimdə gəliblər. O deyir ki, bu geyimdə ali qanunverici orqana gələndə, onlara heç kim mane olmayıb. Amma onlar tələb edir ki, bu qanuniləşdirilsin və çoxa rəsmi dövlət rəmzinə çevrilsin.