Bu gün İordaniya parlamentində atışma baş verib.
Lent.az-ın “mignews.com” saytına istinadən verdiyi məlumata görə, deputat Talal Şərif parlamentin iclası zamanı həmkarı Kusaya Dmeysiyə atəş açıb.
Hadisə iki siyasi opponent arasında mübahisə zamanı baş verib. Güllə Kusaya Demeysidən yan keçib. Digər deputatlar arasında da zərərçəkən yoxdur. Ancaq olayla bağlı parlamentin işi müvəqqəti dayandırılıb. Polis araşdırma aparır.