Senatda demokratik çoxluğun lideri Harri Rid ABŞ səfər etmək istəyən Rusiya qanunvericilərinin görüşmək təklifindən imtina edib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, bu xəbəri «CNN» telekanalı yayıb.
Xatırladaq ki, ötən gün konqresin nümayəndələrə palatasının sədri Con Beyner də rusiyalı nümayəndə heyəti ilə görüşdən imtina etdiyi ilə balı xəbər yayılmışdı.
Rusiya prezidenti Vladimir Putin Federasiya Şurası və Dövlət Dumasının ABŞ Konqresinə Suriyadakı vəziyyətlə bağlı danışıqlar aparmaq üçün nümayəndə heyəti göndərmək təşəbbüsünü bəyənib.