Dəməşqdə baş vermiş partlayış nəticəsində 6 nəfər həlak olub, 22 sakin yaralanıb.
***
00.05
Suriyanın paytaxtı Dəməşqdə partlayış baş verib. Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, bu haqda Suriya televiziyası xəbər yayıb.
Məlumata əsasən, partlayış avtomobilə quraşdırılmış partlayıcı qurğunun işə düşməsi nəticəsində baş verib. Qanlı olayın qurbanları var.
Olayla bağlı əlavə məlumat verilməyib.