Suriyanın paytaxtı Dəməşqin Kuaban rayonunda güclü partlayış baş verib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, partlayışın ardınca atışma olub.
Yerli əhalinin sözlərinə görə, partlayışın baş verdiyi obyekt bilinmir.
Son zamanlar Dəməşqdə bir neçə belə olay olub. Ötən həftə baş vermiş partlayış nəticəsində 60-dan çox insan həyatını itirib.