Dəməşqdə universitet minaatanlardan atəş tutulub. Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, nəticədə azından 12 nəfər həlak olub.
Rəsmi televiziya kanalının yaydığı xəbərə əsasən, bir neçə mina tələbə yeməkxanasına düşüb.
Bəşar Əsədə bağlı informasiya vasitələri müxalifətin Azadlıq Ordusunun paytaxtda fəallaşdığı haqda da məlumat yayıb. Belə KİV-in iddiasına görə, fəallaşmaya səbəb müxalifətin yeni silah-sursat partiyası almasıdır.
Xəbərlərə görə, Dəməşqin şimal-şərqində müxalifətlə əsədçilər arasında döyüşlər davam etməkdədir.