Davudoğlu Əsəd rejiminə qarşı sərt danışıb
25 avqust 2013 02:38 (UTC +04:00)

Davudoğlu Əsəd rejiminə qarşı sərt danışıb

Türkiyənin xarici işlər naziri Əhməd Davdudoğlu İstanbulda Suriyada baş verənlərlə bağlı maraqlı açıqlama verib.

 

Lent.az-ın Türkiyə NTV-inə istinadən məlumatına görə, o, Dəməşqdə kimyəvi silahın istifadəsinə dair əllərində açıq və qəti dəlillərin olduğunu söyləyib.

Həftə ərzində o, Almaniya, İngiltərə və İtaliyadan olan həmkarları ilə görüşlər keçirib. Avqustun 24-də isə o, İstanbulda Suriya Milli Koalisiyasının məsulları ilə görüşüb. Görüşdən sonra türkiyəli diplomat bunları bildirib:«Suriyadakı rejim «basqını biz etmədik» deyir. İndi bir imtahandan söz gedir. Avropa Birliyinin paytaxtlarını gəzdim və telefon diplomatiyası etdim. Təməl tələbi budur ki, BMT müfəttişlərinin olay yerinə buraxılması təmin edilməli və bütün gerçəkliklər ortaya çıxarılmalıdır. Baş verənlərin məsuliyyətini kimin daşıması məlum olmadan insanlıq vicdanı bunları qəbul edə bilməz.

Əsəd rejiminin kimyəvi silahdan istifadə etməsinə biz yüzdə-yüz əminik. Bizi maraqlandıran bundan sonra atılacaq addımlardır.

 

Suriyadakı olaylara baxandan görürük ki, qırmızı xətt çox açıq və qəti şəkildə aşılıb. Uşaqlar, qadınlar, yaşlılar və dinc insanlar kimyəvi silahla öldürülüb. Mən bütün məsuliyyət BMT Təhlükəsizlik Şurasının üzərinə qoyuram. Artıq məsələ yeni bir üsulla çözülməlidir».

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 656
avatar

Oxşar yazılar