Danimarkada terror təhlükəsinin yüksək səviyyəsi elan olundu
15 fevral 2015 01:11 (UTC +04:00)

Danimarkada terror təhlükəsinin yüksək səviyyəsi elan olundu

Danimarkanın baş naziri Helle Torninq Şmitt  ölkədə  terror təhlükəsinin yüksək səviyyəsini elan edib. APA-nın “Röyters”-ə istinadən verdiyi xəbərə görə, müvafiq qərar ötən gün axşam saatlarında Kopenhagendə törədilmiş silahlı hücumdan sonra verilib.

 

Qeyd edək ki, Danimarkanın paytaxtı Kopenhagendə kafedə atışma zamanı 1 nəfər ölüb, 3 nəfər yaralanıb. hücum baş verən an kafedə din və söz azadlığı mövzusunda tədbir  keçirilib. Yaralananların polis əməkdaşları olduğu bildirilir. Silahlılar kafeni gülləbaran etdikdən sonra hadisə yerini avtomobildə tərk ediblər.

 

Qeyd edək ki, tədbirdə Məhəmməd peyğəmbərin karikaturalarının  müəllifi İsveç rəssamı  Lars Vilks və Fransanın Danimarkadakı səfiri də iştirak edib. Hücum nəticəsində onlar xəsarət almayıb.   

 

Polisin məlumatına görə, hücum zamanı silahlılar kafeyə 40-dan çox atəş açıblar.

 

Polis hücumu terror aktı adlandırıb. İlkin versiyaya görə, hücum rəssam  Lars Vilksə sui-qəsd törətmək məqsədi ilə həyata keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 272
avatar

Oxşar yazılar