Haaqadakı keçmiş Yuqoslaviya üzrə beynəlxalq məhkəmə bosniyalı serblərin iki lideri Stoyan Juplyanin və Miço Stanişiç barəsində 22 il azadlıqdan məruhmetmə qərarı çıxarıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onlar insanlığa qarşı cinayətdə təqsirli bilinib.
Məhkəmə serb liderləri qətllər, işgəncə, zorlama və etnik təmizləmə əmələrinə görə ittiham edib.
1990-cı illərin əvvəlində Stanişiç tanınmayan Bosniya serbləri Respublikasının xarici işlər naziri, Juplyanin isə təhlükəsizlik qüvvələrinin başçısı olub.