Dağıstan 4 dairəyə bölünür
26 noyabr 2013 07:23 (UTC +04:00)

Dağıstan 4 dairəyə bölünür

Respublika başçısının rəhbərliyi altında Dağıstan 4 ərazi dairəsinə bölünəcək.

 

Lent.az-ın «İTAR-TASS»a- istinadən məlumatına görə, bu haqda Dağıstanın başçısı Ramazan Abdulatipov rəsmi bəyanat verib.

 

Onun sözlərinə əsasən, bu qərarın qəbulunun vacibliyi çoxdan yetişib: «Başlıca vəzifə respublikanın idarə edilməsinin təminidir.Rayon və şəhərlərdə vəziyyətlə bağlı informasiya keyfiyyətli və vaxtında respublika rəhbərliyinə çatmır. Bu sahədəki çatışmazlığı aradan qaldırmaq üçün gec də olsa biz qərar qəbul etdik.

 

Səlahiyyətli nümayəndələr ya baş nazirini müavini, ya da nazir səlahiyyətində olacaq. Onlar daha təcrübəli və nüfuzlu insanların arasından seçiləcək. Bu işdə təsadüfi adamlar olmayacaq».

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1783

Oxşar yazılar