ABŞ-ın dövlət katibi Con Kerrinin xarici dövlətlərə səfəri başlayıb.
Lent.az-ın məlumatına görə, Londonda mətbuat konfransı keçirən amerikalı diplomat deyib ki, Bəşəar Əsədin hakimiyyətdən getməsinin vaxtıdır.
O, bu yaxınlarda Dəməşqdəki hakimiyyətə bağlı hərbçilərin Hələb şəhərini raket atəşinə tutmasını Əsədin zorakılığına nümunə olduğunu söyləyib.
C.Kerri Suriya müxalifətini Roma görüşünə gəlməyə çağırıb.
Qeyd edək ki, beynəlxalq ictimaiyyətin sözügedən raket hücumlarına reaksiya verməməsinə etiraz olaraq, müxalifət Roma görüşünə getmək istəmir.
Romada «Suriyanın dostları»n ölkələrin nümayəndələri Suriyadakı vəziyyəti müzakirə edəcək.
ABŞ-ın dövlət katibi toplantıda İranı da yaddan çıxarmayıb. O, bu ölkənin atom-nüvə proqramı ilə bağlı deyib ki, məsələnin «diplomatik həllini tapmağa Tehranın hələ vaxtı var».