Çinin Cənubunda damazlıq fermasında onlarla sürünən qaçıb.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, onların çoxu tutulub, qaytarılsa da, 4 timsah hələ də azadlıqdadır. Onların Kanton əyaləti Şantou şəhəri ətrafında olduğunu ehtimal edilir.
Yerli sakinlər vahimə içindədir. «China Daily» qəzeti bildirib ki, sürünənin qaçmasına səbəb ölkənin şimal-şərqi və cənubuna yağan leysan yağışlar nəticəsində yaranmış daşqınlardır. Daşqın pitomnikin divarını uçurub və 24 timsah maneəsiz fermanı tərk edib.
Məlumata əsasən, orada 143 min sürünən saxlanılır.