Çin ordusu kiber hücumda ittiham olunur
20 fevral 2013 00:23 (UTC +04:00)

Çin ordusu kiber hücumda ittiham olunur

ABŞ-ın «Mandiant» kompüter təhlükəsizlik xidməti 75 səhifəlik hesabatın açıqlayıb. 

Lent.az-ın «nyusru»-ya istinadən məlumatına görə, həmin sənəddə bildirilib ki, ABŞ, Britaniya və Kanadanın iri şirkətlərinə ardıcıl haker hücumlarının arxasında Çin xalq Ordusunun №62398 saylı məxfi Şanxay qrupu durur.

Çin hökuməti bu xəbəri təkzib etsə də, Müdafiə Nazirliyi hələ ki bu məsələyə aydınlıq gətirməyib.

«The New York Times» qəzetinə hücumun arxasında №62398 saylı qrupun dayandığını ABŞ-ın kəşfiyyatı da təsdiqləyib.

 

# 610
avatar

Oxşar yazılar