Çin Meksika şirkətinə 10 mlrd dollar verəcək
16 noyabr 2014 05:18 (UTC +04:00)

Çin Meksika şirkətinə 10 mlrd dollar verəcək

Çinin Meksikanın “Pemex” dövlət neft şirkətinə yatıracaq sərmayələrin ümumi həcmi  10 mlrd dollar təşkil edəcək. APA-nın “RİA Novosti”-yə istinadən verdiyi xəbərə görə, Meksika prezidenti Enrike Penyi Nyetonun Pekinə səfəri çərçivəsində   Çinin İnkişaf Bankı ICBC (Industrial and Commercial Bank of China), CNOOC neft konserni və China Development Bank ilə memorandumlar imzalanıb.

 

“Pemex”-in açıqlamasında bildirilir ki,  ICBC ilə bağlanmış saziş şirkət üçün ilk olaraq 10 mlrd dollar həcmində  kredit xəttinin açılmasını nəzərdə tutur.

 

“Bu vəsaitlər neft-qaz yataqlarının kəşfiyyatı və hasilatı işlərinə, həmçinin, dəniz yataqları üçün avadanlığın alınmasına xərclənəcək”, deyə şirkətdən bildirilib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 745
avatar

Oxşar yazılar