Çili prezidenti Sebastyan Piner Avqusto Pinoçetin başçılığı altında baş vermiş dövlət çevrilişiiinin 40 –cı ildönümü günü çililəri milli barışığa çağırıb.
Lent.az-ın «BBC»-yə istinadən xatırlamasına görə, 1973-cü ildə Pinoçetin hərbi xuntası Çilini 17 il idarə edib. Həmin illərdə minlərlə çilili işgəncəyə məruz qalıb, qətlə yetirilib.
Rəsmi məlumatlara əsasən, 40 min 18 nəfər hərbi diktaturanın qurbanı olub. Onların 3 min 65-i ya öldürülüb, ya da itkin düşüb.
Çilidəki sağyönlü siyasilər hesab edir ki, Pinoçetin idarəçiliyə ölkənin Latın Amerikasında ən varlı dövlətlərdən birinə çevrilməsinə yardım edib.
Çevrilişin 40 illiyi ilə bağlı ölkədə devrilişin dəyərləndirilməsi ilə bağlı qızğın müzakirələr keçirilməkdədir. Bundan başqa Çiliyə başçılıq etmiş solyönlü qüvvələrin başçısı Salvador Alyendenin də fəaliyyəti dəyərləndirilir.
Devriliş 40-cı ildönümü ölkədə etiraz aksiyaları ilə müşayiət olunub. Ölkənin iri şəhərlərində, o cümlədən paytaxt Santyaqoda aksiyalar keçirilib.