Çexiya senatı – parlamentin Yuxarı Palatası prezident Vatslav Klausu «dövlətə xəyanətdə» ittiham edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o,Çexiyanın müstəqillyinin 20 illiyi ilə bağlı məhbusların 3-də birini əfv edib.
Martın 7-də prezidentlik müddəti başa çatacaq V.Klasu ölkənin Ana Yasa məhkəməsində məsələyə aydınlıq gətirməlidir.
Yerli KİV senatın bu addımının «simvolik» adlandıraraq, vurğulayıb ki, prezident Klaus dəfələrlə bu sayaq təşəbbüslə çıxış edib. Onun belə təşəbbüsü isə Çexiya ictimaiyyəti tərəfindən birmənalı qarşılanmayıb.