Cem Uzana 18 il beş ay iş kəsilib
29 mart 2013 20:09 (UTC +04:00)

Cem Uzana 18 il beş ay iş kəsilib

 

Türkiyə Gənc Partiyanın rəhbəri, iş adamı Cem Uzanın məhkəmə prosesi yekunlaşıb.


APA-nın məlumatına görə, məhkəmə dələduzluq və cinayət işlətmək məqsədilə qrup formalaşdırmaq ittihamlarını mühakimə müddəti keçdiyinə görə qüvvədən salıb. Digər ittihamlar isə qüvvədə saxlanıb və məhkəmə Cem Uzan haqqında 18 il beş ay müddətinə azadlıqdan məhrumetmə qərarı çıxarıb. Bundan başqa məhkəmənin qərarı ilə Uzan 4,7 milyon cərimə ödəməli olacaq. Qeyd edək ki, hökm qiyabi çıxarılıb. Türkiyədə təqib olunduğunu iddia edən Cem Uzan siyasi mühacir statusu alıb, hazırda Parisdə yaşayır. O bu günlərdə Türkiyə telekanallarına müsahibə verib. Qeyd edək ki, Cem Uzan atası Kamal Uzan və qardaşı Hakan Uzanla birlikdə Türkiyənin ilk özəl telekanalı olan Star TV-nin həmtəsisçilərindən olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 852
avatar

Oxşar yazılar