Cəlal Təlabani danışmağa başlayıb
23 fevral 2013 23:22 (UTC +04:00)

Cəlal Təlabani danışmağa başlayıb

İraqın 79 yaşlı prezidenti Cəlal Təlabaninin səhhətində irəliləyiş olduğu bildirilib.

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, ötən il dekabrın 17-dən 18-inə keçən gecə insult keçirib. Onda C.Təlabanin öldüyü barədə də xəbərlər yayılmışdı.

Məlumata əsasən, artıq o, ətrafındakılarla danışa bilir.

Hazırda Cəlal Təlabni Almaniya klinikalarından birində müalicə olunur. Müalicə həkimləri bildirib, o, tezliklə ölkəsinə qayıda bilər. Onlar konkret vaxt söyləməyiblər.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 731
avatar

Oxşar yazılar