Panamanın Amerika Dövlətləri Təşkilatı yanındakı sabiq səfiri Gilermo Koçes Venesuela prezidenti Uqo Çavesin öldüyünü bildirib.
Lent.az-ın verdiyi məlumata görə, Gilermo Koçes bunu Kolumbiyanın MTN24 telekanalına müsahibəsində söyləyib.
Gilermo Koçes deyib ki, Uqo Çaves Havanadan Karakasa 4 gün əvvəl gətirib. Buna səbəb Kuba hakimiyyətinin Uqo Çavesi süni nəfəs aparatından ayırmaq istəməməsi olub. Venesuelada isə həkimlər Uqo Çavesi süni nəfəs aparatından ayırmağa qərar veriblər. Gilermo Koçes bu barədə Venesuela hökumətindəki diplomatik mənbələrdən məlumat əldə etdiyini bildirib.