Venesuela prezidenti Hüqo Çavesin sağlıq durumu ilə bağlı rəsmi məlumat yayılıb.
Lent.az-ın CNN-ə istinadən verdiyi məlumata görə, Venesuela İnformasiya Naziri Hüqo Çavesin cərrahi əməliyyatdan sonra ortaya çıxan nəfəs çatışmazlığı probleminin davam etdiyini, ancaq prezidentin yaxınları və hökumət üzvləri ilə əlaqə saxlaya bildiyini açıqlayıb.
Qeyd edək ki, Hüqo Çaves keçən ilin dekabrında xərçəngdən əməliyyat olunmaq üçün Kubaya getmişdi. O, ötən həftə Venesuelaya qayıdıb, Karakasda bir hərbi xəstəxanada müalicə olunur.