Venesuela prezidenti Uqo Çavesin vəziyyəti pisləşib.
Lent.az-ın “Retuers” agentliyinə istinadən verdiyi məlumata görə, bunu martın 4-də axşam Venesuela rabitə və informasiya naziri Ernesto Vileqas söyləyib.
Ernesto Vileqas deyib ki, həkimlər Uqo Çavesin nəfəs almasını çətinləşdirən yeni ağır infeksiya aşkarlayıblar. Onun sözlərinə görə, Venesuela prezidenti çətin kimyəvi müalicə kursu keçir.