Çad Afrika dövlətlərini tələsdirir
28 fevral 2013 04:12 (UTC +04:00)

Çad Afrika dövlətlərini tələsdirir

Çad prezidenti İdris Debi Afrika dövlətlərini Malinin şimal rayonlarına hərbi qüvvə göndərilməsi prosesini sürətləndirməyə çağırıb.

 

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, Qərbi Afrika ölkələri İqtisadi Əməkdaşlıq Birliyinin zirvə toplantısında çıxışı zamanı o, deyib ki, silahlı qüvvələrin yeridilməsinin vacibliyi ilə bağlı danışıqlar üçün vaxt yoxdur.

 

Malidəki Fransa ordusuna yardım üçün Çad artıq ora iki min  hərbçi göndərib.

 

Mənbəni bildirdiyinə görə, Qərbi Afrika dövlətləri isə verdikləri sözə əməl edib, Maliyə ordu göndərilməsini hələ də gecikdirirlər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 698
avatar

Oxşar yazılar