Burcanadze Rusiyanı tərifləyib
23 avqust 2013 22:15 (UTC +04:00)

Burcanadze Rusiyanı tərifləyib

«Demokratik Hərəkat – vahid Gürcüstan» Partiyasının lideri, Gürcüstan prezidentliyinə namizəd Nino Burcanadze seçiləcəyi halda ölkəsi ilə Rusiya arasında xoş məramlı qonşuluq münasibətlərini bərpa edəcəyini vəd edib.

 

Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, o, «Qolos Rossiya»-ya müsahibəsində deyib:«Əgər prezident seçilsəm, onda Gürcüstanla Rusiya arasında xoş məramlı qonşuluq münasibətlərinin yaranması üçün əlimdən gələni edəcəyəm».

 

O, qeyd edib ki, Rusiyanın bütün səviyyələrdən olan rəsmiləri ilə görüş və danışıqlarda Gürcüstana münasibətdə bərabər hüquqlu olmayan bir eyhama da rast gəlməyib.

 

Namizəd bildirib ki, iki ölkə arasındakı münasibət yalnız iqtisadi maraqlar əsasında qurulmamalıdır: «Fikrimcə Rusiya bazarı yalnız Gürcüstan üçün vacib deyil. Mənə elə gəlir ki, Rusiya ilə bir çox siyasi məsələlər üzrə uzunmüddətli və əhatəli danışıqlar iqtisadi sahədə müzakirələrdən daha vacibdir».

 

Qeyd edək ki, oktyabrın 27-də Gürcüstanda   prezident seçkisi keçiriləcək. Burcanadze ilə yanaşı, bu post uğrunda hakim «Gürcünün arzusu» koalisiyasından Georgi Marqvelaşivili, prezident Mixail Saakaşvilinin «Vahid Milli Hərəkat»-ından parlamentin keçmiş sədri David Bakradze, habelə Xristian Demokratik Hərəkatın lideri Gerogi Tarqamadze də mübarizə aparır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 601
avatar

Oxşar yazılar