Britaniya hakimiyyəti pulu avtomobil yolları tikintisi ideyasına qayıtma niyyətində olmadığını bildirib.
Lent.az-ın «İTAR-TASS»-a istinadən məlumatına görə, krallıq hökumətindən açıqlama verilib.
Mənbə bildirib ki, bu plandan imtina «avtomobilçilərin təşəbbüsə qarşı sərt etirazı» səbəb olub.
«Avtomobilçilərin ödənişli yoldan imtinası o deməkdir ki, bu tras sürücülərin deyil, vergi ödəyicilərinin hesabına tikiləcək» -deyə, hökumətdəki mənbə söyləyib.
Məlumata əsasən, 40 km-lik bu yol İngiltərənin şərq hissəsində tikilməli imiş.
Baş nazir Devid Kemeron sürücülərin bu təşəbbüsə ehtiyatla yanaşmalarına anlayışla yanaşdığını bildirib.
Hazırda krallıqda yalnız İngiltərənin qərbində Birmingem yaxınlığındakı 43 km-lik avtoyol pulludur. Bu yolda gediş haqqı minik avtomobilləri üçün 8,4 dollar, irihəcmli yük maşınları üçün isə 16,4 dollardır.