2014 - 2015-ci illərdə BMT Təhlükəsizlik Şurasında Səudiyyə Ərəbistanını İordaniyanın əvəz edəcəyi haqda informasiya BMT tərəfindən təkzib edilib.
Lent.az-ın «İTAR-TASS»a istinadən məlumatına görə, bu haqda BMT baş katibinin təmsilçisi Fərxan Xak jurnalistlərə bildirib.
«Mən bu xəbəri təsdiqləyə bilmərəm. Biz hələ ki Səudiyyə Ərəbistanının imtinası ilə bağlı rəsmi bildiriş almamışıq»- deyə, o, söyləyib.
Xatırladaq ki, Səudiyyə Ərəbistanı BMT-ni Suriyadakı münaqişənin tənzimlənməsində və Fələstin məsələsində fəaliyyətsizlikdə suçlayaraq, Təhlükəsizlik Şurasına üzvlükdən imtina etdiyini bildirib.