BMT Haitiyə kompensasiya vermək istəmir
22 fevral 2013 07:16 (UTC +04:00)

BMT Haitiyə kompensasiya vermək istəmir

BMT Haitidə xolera (vəba) qurbanlarına yardım etməkdən  rəsmi olaraq, imtina edib.

 

Lent.az-ın məlumatına görə, bir müddət öncə alimlər xəstəliyin mənbəyinin BMT-nin yerli bazasındakı kanalizasiya boruları olduğunu bildirmişdi.

 

Son iki ildə xoleradan Haitidə 8 minə yaxın insan həlak olub.

 

Alimlər ehtimal edir ki, bu xəstəlik əvvəllər ölkədə olmayıb və onu BMT sülhməramlıları Nepaldan gətirib.

 

Alimlərin bəyanatından sonra Haiti və ABŞ-dan olan hüquqçular BMT-yə qarşı bir neçə milyard dollarlıq kompensasiya iddiası qaldıracaqlarını bildirib.

 

Qurum isə qeyd edib ki, 1947-ci ildə Baş  Assambleyanın təsdiqlədiyi konvensiyaya uyğun olaraq, bu sayaq iddialara qarşı BMT-nin immuniteti var. Bundan başqa BMT sülhməramlıların yolxucu xəstəliyi yayması ilə bağlı ittihamları qəbul etmir və bildirir ki, xəstəliyin mənbəyini müəyyən etmək mümkünsüzdür. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 430
avatar

Oxşar yazılar