BMT Birmada insan haqları sahəsində hələ də ciddi problemlərin olduğu haqda bəyanat verib.
Lent.az-ın məlumatına görə, qurum nümayəndələri bu ölkəyə səfərdən sonra Kaçin əyalətində əsassız həbslərin və işgəncələrin davam etdiyini bildiriblər.
Bundan başqa Birmanın qərbindəki 120 min qaçqının yaşadığı düşərgədə vəziyyətin acınacaqlı olduğunun vurğulayıblar.
BMT təmsilçiləri ölkədə aparılan siyasi islahatlarda müəyyən irəliləyiş olsa da, hakimiyyəti etnik münaqişənin həllindəki problemi aradan qaldırmağa çağırıblar.