BMT-nin ekspertləri müxalifətin nəzarət etdiyi ərazilərə çatıb
26 avqust 2013 20:10 (UTC +04:00)

BMT-nin ekspertləri müxalifətin nəzarət etdiyi ərazilərə çatıb

Suriyada işləyən BMT-nin kimyəvi silah üzrə ekspertləri avqustun 26-da kimyəvi silahın istifadəsi ehtimal olunan rayonlardan birinə gəlib çıxıblar.Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, ekspertlər hakimiyyəti nəzarəti altında olan əraziləri tərk edərək,müxalifətin nəzarət etdiyi Müədamiyə şəhəri istiqamətində irəliləyiblər.

BMT-nin təmsilçiləri ilə birlikdə işləyən yerli həkimlərin sözlərinə görə, ekspertlər məscidlərdən birinə gəliblər və burada hücum zamanı xəsarət alan insanları sorğu-sual edirlər. Həmçinin, zəhərlənmə zamanı ölən şəxslərin paltarlarından parça nümunələri götürülür.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 434
avatar

Oxşar yazılar