İlin əvvəlindən Gürcüstanda H1N1 virusundan (“donuz qripi”) doqquz nəfər keçinib.
Lent.az-ın “Qruziya Onlayn”a istinadən verdiyi xəbərə görə, bu barədə Gürcüstanın Xəstəliklərə nəzarət və ictimai sağlamlıq Milli mərkəzi açıqlama verib.
Açıqlamada bildirilib ki, ölənlər arasında bir 4 yaşlı uşaq və 65 yaşlı vətəndaş var, qalanları isə 30- 64 yaş arası sakinlərdir.
Qeyd etmək lazımdır ki, H1N1 virusundan ölənlərdən dörd nəfəri son bir həftədə keçinib.
Ümumilikdə Gürcüstanda ilindən əvvəlindən bu günədək 182-i A/H1N1 və 10 B/H1N1 virusu ilə yoluxma halı qeydə alınıb.
Xəstəliklərə Nəzarət və İctimai Səhiyyə Milli Mərkəzinin rəhbəri Paata İmnadze H1N1 virusunun ölkədə geniş yayılma təhlükəsinin olmadığını vurğulayıb.
Onun sözlərinə görə, risk qrupuna daha çox hamilə qadınlar, yaşlı insanlar, xroniki xəstələr və uşaqlar aiddir.