İtaliya senatı keçmiş baş nazir Silvio Berluskoninin senator statusundan məhrum edib.
Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, keçmiş hökumət başçısı son anadək senatdan çıxarılmasına qarşı müqavimət göstərib. Senator kimi toxunulmazlığı əlindən alınan Berluskoninin həbs edilmə ehtimalı da artıb.
Xatırladaq ki, o, çoxsaylı suçlarla ittiham olunur.