Martın 23-də Britaniyada yaşadığı mənzildə müəmmalı şəkildə ölən Boris Berezovskinin meyidi yarılıb.
Lent.az-ın «RİA Novosti»-ə istinadən məlumatına görə, yarılma nəticəsində onu boğularaq, öldürüldüyü bəlli olub. Bununla belə zor tətbiqi ilə bağlı iz aşkarlanmayıb.
Bu haqda Londonun Temz-Vella dairəsinin polisi açıqlama verib.
«Patoloqoanatomların keçirdiyi yarma ölümün baş verməsinə səbəb kimi boğulmağın olduğu göstərilir.Patoloqoanatomlar müqavimət göstərən iz aşkarlamayıblar»-deyə, məlumatda bildirilib.