İngiltərənin Temz-velli dairəsinin polis idarəsi tanınmış iş adamı Boris Berezovskinin mayın 6-da dəfn ediləcəyi ilə bağlı informasiya vasitələrində yayılmış xəbəri təsdiqləyib.
Lent.az-ın «RİA Novosti»-yə istinadən məlumatına görə, polis deyib: «Berezovskinin meyiti ailəsinə verilib».
Xatırladaq ki, Berezovksinin meyiti bu il martın sonunda Britaniyada yaşadığı mənzildə aşkar edilib.