Belorusda sərxoş sürücülərin avtomobilləri müsadirə olunacaq.
Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə,bu haqda ölkə prezidenti Aleksandr Lukaşenko qanunu imzalayıb. Həmin qanuna əsasən, bir ildə ikinci dəfə sərxoş halda avtomobili idarə edən sürücünün maşını əlindən alınacaq. Bu qayda Belorusa öz şəxsi avtomobilləri gələn Rusiya vətəndaşlarına da şamil ediləcək.
Müsadirə ilə bağlı bu qanun üç aydan sonra qüvvəyə minəcək.
Yeni qaydalara əsasən, nəqliyyat vasitəsini sərxoş şalda idarə edənlərə cərimələrin miqdarı da artırılıb.
İki və daha çox adamın həlak olması ilə nəticələnən qəzanı törədənlər 10 ilədək azadlıqdan məhrum ediləcək.