Bu gün dünyanın aparıcı teleradio şirkəti BBC-nin əməkdaşları tətil elan ediblər.
Lent.az-ın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, buna səbəb BBC rəhbərliyinin 2017-ci ilə kimi xərcləri 20 faiz azaldılmasını nəzərdə tutan strategiyadır. Bu, BBC-də 2 min iş yerinin qapadılması deməkdir.
Xatırladaq ki, BBC-nin büdcəsi Böyük Britaniya Xarici İşlər Nazirliyi tərəfindən formalaşdırılır. Lakin Xarici İşlər Nazirliyinin BBC-nin yayım siyasətinə müdaxilə etmək səlahiyyəti yoxdur. 2011-ci ildə əldə olunmuş razılığa əsasən isə 2014-cü ildən BBC özü özünü maliyyələşdirəcək.