Bayden İrana yenə xəbərdarlıq edib
05 mart 2013 07:25 (UTC +04:00)

Bayden İrana yenə xəbərdarlıq edib

ABŞ prezidentinin müavini Co Bayden yenidən İranı nüvə texnologiyası ilə bağlı fəaliyyətini dayandırmağa çağırıb.

 

Lent.az-ın xarici informasiya vasitələrinə istinadən məlumatına görə, o, qeyd edib ki, İranın nüvə proqramını dayandırmaq üçün rəsmi Vaşinqton heç ir variantı, o cümlədən hərbi əməliyyatı da istisna etmir.

 

O, ABŞ-ın hərbi əməliyyatlara deyil, vaxt var ikən danışıqlara üstünlük verdiyini bildirib.

 

Xatırladaq ki,  İranın BMT-dəki daimi nümayəndəsi Məhəmməd Xəzai deyib: «İran ABŞ-la birbaşa müzakirələrə hazırdır». 

 

Onun sözlərinə görə, rəsmi Tehran «ABŞ-ın ciddiliyini anlayacağı və fərqli hərəkət etməyəcəyinə əmin olacağı halda», müzakirə masasına oturaraq, birbaşa görüşəcək: “İranla Qərb dövlətləri arasında problem sanksiyalar və sərt şərtlərlə həll edilə bilməz. Başqa sözlə işlər belə getməz».

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 627
avatar

Oxşar yazılar